Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

İrandan Azərbaycana qarşı hədələr davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın hər bir uğuru İran və fars irqçiləri tərəfindən etirazla qarşılanır. Azərbaycanın Şuşada Zəfər Qurultayı keçirməsi bu dəfə İran və fars şovinistlərin etirazına səbəb olub.

İranlı üzdən iraq “ekspertdən” Azərbaycana qarşı təhdid dolu paylaşım edərək İran ordusunun müdaxilə etməli olduğunu yazıb.

Qafqaz məsələləri üzrə İranın üzdəniraq eksperti Salar Seyfəddini şəxsi Tvitter hesabında yazıb: “Qarabağda sözdə “Dünya Azəriləri Konqresinin” (onun tarixçəsi bu sahənin mütəxəssislərinə məlumdur) keçirilməsi İrana açıq mesajdır”.

“Bu, İran “millətinə” qarşı müharibə elanı və sərhəd divarında təxribat deməkdir. İranın Ana yasasına görə, Xarici İşlər Nazirliyinin vəzifəsi ölkənin ərazi bütövlüyünü müdafiə etməkdir. Əks halda ordu müdaxilə etməlidir”,-deyə o bildirib.

Qeyd edək ki, son günlər İran rejiminə bağlı şəxslər Azərbaycanın Şuşada Zəfər Qurultayı keçirməsi məsələsini bəhanə edib Azərbaycanı hədələməyə çalışıblar.

Həmçinin yoxlayın

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik …