Cümə axşamı , Oktyabr 15 2026
azfa

İranın Azərbaycanla bağlı plan

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran addım-addım “şiə hilalı” planını həyata keçirməyə çalışır. Bu məqsədlə “şiə xəritəsi” belə hazırlayıb.

“Türkiyə” qəzetinin yazdığına görə, 743 səhifəlik “şiə xəritəsi”ndə Türkiyə və Azərbaycanın mədəni, siyasi, coğrafi, ticarət, dil, iqtisadi, məzhəb-inanc məsələləri, bir sözlə, hər şey detallı şəkildə əksini tapır:

“Misal üçün, Türkiyədə nuseyrilər kimi bəzi qrupların İranın potensial müdafiəçisi olduğu fikirləri yer alır. İran Baş Qərargahının hazırlatdğı xəritənin altındakı imza Rəsul Cəfəriandır. Tehran Universitetinin Tarix fakültəsində professor olan Cəfərian “şiə xəritəsi”nə görə bir çox mükafat alıb”.

Məqalədə bildirilir ki, Tehranda “şiə hilalı” planı üçün 5 min nəfərlik qrup işləyir.

“Dini liderin rəhbərliyi altında çalışırlar. Bu məqsədlə gizli qrup fəaliyyət göstərir. Layihə 1979-cu il inqilabından sonra dövriyəyə daxil edilib. Livan, İraq, Suriya və Yəməndə istədiklərini əldə ediblər, amma əsas hədəfləri Türkiyə və Azərbaycandır”, – qəzet yazır.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …