Bazar , Oktyabr 18 2026
azfa

İranın dövlət televiziyası Qarabağı “Arsax” adlandırıb

GADTB: Ermənistanın “Regionmonitor.com” saytı yazır ki, ermənilərə xüsusi rəğbət bəsləyən iranlı ekspert Ehsan Movəhhediyan İran dövlət televiziyasının xəbər kanalında Laçın dəhlizinin bağlanmasından danışarkən qondarma “Arsax” terminindən istifadə edib.

Daim anti-Azərbaycan kampaniyası aparmaqda canfəşanlıq edən bədnam ekspert iddia edib ki, Laçın dəhlizini “bağlamaqla” Bakı hansı “humanitar böhran yaradır”. O, bu dəhlizin Azərbaycan hərbçiləri tərəfindən ekoloji fəallar adı altında “bağlandığını” vurğulayıb.

Movəhhediyan deyib ki, Ermənistan Laçın dəhlizinin “bağlanmasına” etiraz kimi Moskvada keçirilməli olan üçtərəfli görüşdə iştirak etməkdən imtina edib.

Erməni saytı qeyd edir ki, qondarma “Arsax” sözünün İran dövlət televiziyasında işlədilməsi görünməmiş haldır./ Azad İran

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …