Cümə axşamı , Fevral 12 2026
azfa

İranın Ermənistana yardım etdiyinə etiraf edən Mütəhhəri türk dilinin tədrisinə münasibət bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Parlamentinin Mədəniyyət Komisiyyasının üzvü Əli Mütəhhəri məktəblərdə yerli dillərin tədris edilməsi ilə bağlı  heç bir maneənin olmadığını iddia edib.

O avqustun 2-də Məclisin xəbər agentliyi ilə danışığında rejimin konstitusiyanın 15-ci maddəsinə toxunaraq, məktəblərdə müxtəlif qövmlərin ədəbiyyatı, o cümlədən türk dilinin tədisi üçün bir dərsliyin nəzərdə tutulmasının heç bir problemi olmadığını, lakin bütün hallarda rəsmi dilin fars dili olmasına təid edib.

O həmçinin deyib ki, islam irq və qövmçülüyə heç bir əhəmiyyət vermədiyi üçün bu məsələ ölkə üçün problem yarada bilməz. Dil fərqi milli təhlükəsizliyimizi poza bilməz.

Mütəhhəri deyib: “İran əhalisinin birlik rəmzi islam dinidir. Ləhcə və dillərin çox və fərqli olması ölkənin milli təhlükəsizliyini təhdid etmir”.

Qeyd edək ki, irqçi fars rejim ölkə əhalisinin çoxluğunu təşkil edən Azərbaycan türklərini öz dilində təhsil almaqdan məhrum edib. Uzun illər mübarizədən sonra türk dilinin bir dərslik kimi iki sinifdə tədrisinə də hələ tam razılıq verməyib.

Həmçinin yoxlayın

Həmədanda aşıq musiqisinin ağsaqqalı aşıq Xanmirzə vəfat edib

GADTB: Həmədan aşıq musiqisinin tanınmış və qabaqcıl nümayəndələrindən olan aşıq Xanmirzə Fetri bazar ertəsi günü …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Abbas Lisaninin vəziyyəti ağırlaşıb

GADTB: Son dəfə noyabrın 11-də tehranın Evin həbsxanasının qarşısında başqa bir neçə fəalla birlikdə həbs …

Bir cavab yazın