Şənbə , Oktyabr 24 2026
azfa

İrqçi fars rejimin məclisində türklərin təhqir edilməsi etiraza səbəb oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məclisində türklərin təhqir edilməsi etiraza səbəb oldu. Güney Azərbaycanın Mərənd şəhərindən olan millət vəkili Məhəmməd Həsənnejad türklərin təhqir olunmasına qarşı kəskin etiraz edib.

O türkləri təhqir edən millət vəkilinə deyib: “Cənab Gülmuradi öz çıxışında bir məsələyə toxundu və qeyd etdi ki, əgər cənab Ruhani milli ləyaqəti nəzərə almayaraq xarici qüvvələrin qarşısında geri otursaydı, bu yol bizi Türkistana aparardı. O bu sözlə türkləri vətənini satan və ləyaqətsiz kimi göstərmək istədi. Bəlkə də o, ədəbiyyat və tarixdən anlamır. Bilin ki, bu sözü Hafiz deyib. Şirazın Cənub-qərbində Kəbə və şimal-şərqin Türkisan olub. Yəni bu məsəl coğrafiya ilə bağlı olub. Hər məsəli hər yerdə çəkməzlər. Çox təəssüflər olsun ki, Teleradio Şirkətində də bu məsəldən istifadə olunur.

Türklər qeyrət simvoludur. Əgər Azərbaycan ordusu olmasaydı, sizin Həndican və Mahşəhrinizin hansı vəziyyətdə olacağı məlum deyildi.

Hələ bizim şəhid Bakirimizin cəsədi körfəz sularındadır. Biz türklər olmasaydıq, bəlli olmazdı ki, indi ruslar bu məmləkəti hansı vəziyyətə salmışdır?!

Bu məsələ bir dəfəlik öz həllini tapmalıdır. Əgər birisi səhv etsə və mən desəm ki, bu yol Loristana gedir, xoşunuza gələrdimi?!”

Bundan sonra isə M.Həsənnejad irqçi millət vəkilindən üzr istəməsini tələb edib.

Qeyd edək ki, Mahşəhr, Ümidiyyə və Həndicandan rejimin məclisində millət vəkili Əli Gülmuradi bir məsəli irqçi formada istifadə edərək türkləri təhqir etmişdi.

 Ə.Gülmuradi öz çıxışında Ruhaninin milli ləyaqəti nəzərə almayaraq xarici qüvvələrin qarşısında geri oturacağı təqdirdə bu yol iranlıları Türküstana aparardı. Onunla türkləri təhqir etmişdir.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın