Şənbə , May 18 2024
azfa

İranın erməni deputatları Azərbaycanın Qarabağda azan səsləndirməsinə şikayət məktubu ünvanladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran məclisinin 2 erməni deputatı İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiana məktubla müraciət edərək, Azərbaycanın Şuşada azan səsləndirməsini ermənilərə qarşı irqçi təmizləmə qeyri-insani siyasət adlandırıblar.

İran məclisinin erməni deputatları Ara Şaverdyan və Robert Beqleryan Azərbaycan Respublikasının öz şəhərində azan səsləndirməsini “təxribat xarakterli və qeyri-insani” adım kimi dəyərləndirərək, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiandan yardım istəyiblər.

İran məclisinin erməni deputatları İranın rəhbərinin Qarabağ münaqişəsi ilə bağlı çıxışını xatırladaraq və Qarabağ ermənilərinin təhlükəsizliyinin vacibliyini vurğulayaraq, İranın xarici işlər nazirindən üçtərəfli birgə bəyannamə, habelə Konstitusiyanın humanitar prinsipləri və İranın qonşuları ilə bağlı xarici siyasətinin əsas istiqamətləri çərçivəsində böhranın həlli üçün hərəkətə keçməsini istəyiblər.  

Erməni deputatlar məktubda Azərbaycanın Şuşada səsləndirdiyi azan səsi qeyri-insani hərəkət və erməniləri öz evlərini tərk etmək çağırışı kimi qələmə verilib və İrandan yardım göstərməsi istənilib.

Qeyd edək ki, işğalçı Ermənistan müsəlman və türk torpağı olan Azərbaycan ərazilərini 30 il boyunca işğalda saxlayıb, Qarabağ və ətraf bölgələrdə yaşayan günahsız Azərbaycan türklərinə qarşı soyqırımı həyata keçirib. Bununla yanaşı, buradakı məscidləri, dini məkanları, ziyarətgahları və müsəlman türklərinin qəbirlərini vəhşicəsinə dağıdıb. Bu baxımdan, İranın timsalında hər hansı bir müsəlman dövlətinin işğalçı Ermənistanla yaxın əlaqələr və əməkdaşlıq qurması, habelə özünü müsəlmanların dəstəkçisi adlandıran, lakin əməldə xristian və zalım bir dövlətin yanında dayanaraq, ona hər cür dəstəyini əsirgəməyən bir rejimin bu məsələdə atdığı addımlar və Azərbaycana qarşı ikiüzlülüyü təəssüf və təəccüb doğurur.

Həmçinin yoxlayın

Türkiyənin Avropada ikinci güclü orduya malik olduğu açıqlamndı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Ordusunun Avropada ikinci və NATO-da üçüncü ən …

Molla rejimi Məlikkəndidə azərbaycanlı məhbusa 80 şallaq zərbəsi vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Məlikkəndidə (Məlikan) azərbaycanlı məhbusa 80 …