Şənbə , May 18 2024
azfa

Rus ordusu Dnepr sahilinə geri oturduldu, 10-dan çox rus təyyarəsi vuruldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün rus ordusu Dnepr çayının sağ sahilinə sıxışdırılıb. Bu haqda Ukrayna ordusunun briqada generalı Aleksandr Qruzeviç deyib.

Onun sözlərinə görə, Rusiya ordusu Kiyevdən artıq 70 km uzaqlıqdadır.

General bildirib ki, rus ordusu artıq taktikanı dəyişərək mülki infrastrukturu hədəfə almağa başlayıb.

Gün ərzində həmçinin Rusiyanın 10-dan çox təyyarəsi vurulub. Bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç deyib.

“Gün ərzində ən azı 4 təyyarə, 2 helikopter, qanadlı raketlər və PUA-lar olmaqla, düşmənin 10-dan çox təyyarəsini vuran Ukrayna Hərbi Hava Qüvvələri bir daha sevindirir”, – Arestoviç bildirib.

Qeyd edək ki, bu gün səhər Ukrayna tərəfi açıqlamasında son sutka ərzində Rusiyanın 7-i təyyarəsinin vurulduğunu bəyan edib.

Çerniqov istiqamətində də rus ordusuna ağır zərbə vurulub, çox sayta tələfat və xəsarətin olduğu bildirilir.

Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç Ukraynada müharibənin Rusiyanın tam məğlubiyyəti ilə 10 günə bitə biləcəyini bildirib.

“Kiyev, Xarkov, Sum yaxınlığında döyüşlər yekunlaşıb. Onlar hətta hansısa ehtiyatlarını tapıb gətirərək hücuma keçmək istəsələr belə məğlubiyyətə düçar olacaqlar. Məsələ bir həftə və ya 10 günədək uzana bilər. Nəticə bəllidir, onlar strateji cəhətdən artıq uduzduqları kimi əməliyyatı da uduzacaqlar”, – Arestoviç qeyd edib.

Həmçinin yoxlayın

Molla rejimi Məlikkəndidə azərbaycanlı məhbusa 80 şallaq zərbəsi vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Məlikkəndidə (Məlikan) azərbaycanlı məhbusa 80 …

Molla rejimi azərbaycanlı milli fəal İbrahim Rəşidini (Savalan) prokurorluğa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  azərbaycanlı yazıçı, jurnalist və fəal …