Çərşənbə , Oktyabr 21 2026
azfa

Möhsün Rzai dolayı yolla İranın Azərbaycana qarşı müstəmləkə siyasətinə etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın vitse-prezidenti Möhsün Rzai dolayı yolla İranın Azərbaycana qarşı müstəmləkə siyasətinə etiraf edərək son 10 ildə Şərqi Azərbaycan vilayətinə dövlət tərəfindən sərmayə yatırılmadığını bildirib.

Möhsün Rzai Təbrizə səfəri zamanı Şərqi Azərbaycan vilayətinə investisiya qoyulmaması ilə bağlı daha öncə bir sıra vilayət rəsmiləri və azərbaycanlı millət vəkillərinin Şərqi Azərbaycanın sərvətlərinin digər bölgələrə daşındığı və bu vilayətə sərmayə qoyulmaması ilə bağlı iradlarını haqlı sayıb.

Möhsün Rzai deyib: “Son 10 ilə baxsaq görərik ki, Şərqi Azərbaycan vilayətinə investisiya qoyuluşu mənfidir və bu istiqamətdə heç bir iş görülməyib. Azərbaycan belə münasibətə layiq deyil”.

Qeyd edək ki, İran rejiminin Güney azərbaycana qarşı müstəmləkə siyasəti o qədər kəskinləşib ki, son vaxtlar bir sıra məsul şəxslər və İran məclisindəki deputatlar Güney Azərbaycan vilayətlərinin gəlirlərinin başqa əyalətlərə daşınması ilə bağlı narazılıqlarını bildirməyə məcbur olurlar.  

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …