GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejiminin İran şirkətləri Ermənistanda axın edir.
İranın Ermənistandakı biznes mərkəzində xidmətlərin göstərilməsi ilə bağlı İranın Əmək və İctimai Rifah Nazirliyinin iştirakı ilə iclas keçirilib. Toplantıya kooperativlər, biliyə əsaslanan şirkətlər və sözügedən nazirliyə bağlı iqtisadi mərkəzlər də qatılıblar.
“İRNA”nın xəbərinə görə, Əmək və İctimai Rifah Nazirliyinin rəsmisi Hamed Fruzan bu haqda deyib: “Beynəlxalq Əlaqələr Baş İdarəsinin ixracın inkişafı sahəsindəki missiyalarını yerinə yetirmək və bu nazirliyin imkanlarını beynəlxalq arenada tanıtmaq üçün biz İranın regional bazarlarda nüfuzlu mövqe qazanmasına çalışırıq”.
Daha sonra Ermənistandakı İran Ticarət Mərkəzinin rəisi bildirib: “İranın Ernənistandakı biznes mərkəzi İranın Ticarətin İnkişafı Təşkilatının rəsmi icazəsi ilə 10.00 kvadrat metrdən daha böyük bir ərazidə qurulub”.
Qeyd edək ki, İran rejimi Azərbaycana qarşı xüsusilə Ermənistanı himayə edib və bu işğalçı ölkə ilə əlaqələrini genişləndirməyə çalışır.