Bazar , Noyabr 27 2022
azfa

İranın həbs etdiyi azərbaycanlı fəal Seyid Məhəmmədrza Müvəhhid zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin sentyabrın 22-də keçədən keçərkən etirazlarla əlaqədar yaxaladığı azərbaycanlı  fəal Seyid Məhəmmədrza Müvəhhid vəsiqə qarşılığında zaminə buraxılıb.

Təbrizdə yaşayan azərbaycanlı fəal Seyid Məhəmmədrza Müvəhhid sentyabrın 29-da 100 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıb.

Qeyd edək ki, Seyid Məhəmmədrza Müvəhhid sentyabrın 22-də Təbrizdə küçədə gedərkən rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanmış, mobil telefonu və başqa şəxsi əşyaları müsadirə edilmişdir.

Fəal qanunsuz olaraq rejim tərəfindən “İctimai asayişi pozmaq”da ittiham edilib.

Həmçinin yoxlayın

Molla rejiminin həbs etdiyi azərbaycanlı fəal Məhəmməd Hacılı Urmiyada ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin yaxaladığı Güney Azərbaycanın Xoy şəhərindən olan …

Türkiyə ilk pilotsuz qırıcı olan “Bayraktar Kızılelmanın” istehsalına başlayacağını açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdoğan Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelmanın” istehsalına …