Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Güney Azərbaycanın Əbhər şəhərində 3 azərbaycanlı fəal yaxalanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əbhər şəhərində etirazlarla bağlı daha 3 azərbaycanlı fəalın yaxalandığı bildirilir.

Azərbaycanlı fəallar sentyabrın 22-də saxlansalar da, onların ailələrinə yenicə məlumat verilib.

Güney Azərbaycanın Zəncan bölgəsinin Əbhər şəhərində keçirilən etiraz aksiyalarında həmin 3 fəalın yaxalandığı bildirilir.

Səidə Muradi, Əli Məqsudi və Əlirza Rəzəvi sentyabrın 22-i gecə saatlarında rejimin təhlükəsizlik məmurları tərəfindən yaxalanıblar.

Hələlik onlara qarşı irəli sürülən ittihamlar barədə heç bir açıqlama verilməyib.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …