Bazar ertəsi , Dekabr 30 2024
azfa

İranın irqçi fars-molla rejimi qətliam etdiyi siyasi məhbusların kütləvi məzarlığını gizlətmək istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın irqçi fars-molla rejimi 1980-ci illərdə edam etdiyi minlərlə siyasi məhbusun dəfn edildiyi kütləvi məzarlığı ətrafına beton divarlar çəkməklə gizlətmək istəyir.

Faktı edam edilənlərin ailə üzvləri də təsdiqləyib və rejimin qəbiristanlığa ziyarətə gələnlərə qarşı tətbiq etdiyi bu cür məhdudiyyətlərdən narahatlıq ifadə ediblər.

Həmçinin ailələr bildiriblər ki, son günlər qəbiristanlığa yeni giriş qapısı qoyulub və onları qəbir ziyarəti üçün məzarlığa buraxmırlar.

Qeyd edək ki, 1980-cı illərdə İran rejimi siyasi mövqeyinə görə minlərlə insanı edam edib və onların əksəriyyətini bu cür kütləvi məzarlıqda basdırıb.

Həmçinin yoxlayın

Sayın Əjdər bəy Tağızadə və sayın Mahmudəli bəy Çehrəqanlının “TBA TV“də “Molla rejimi devrildikdən sonra Güney Azərbaycanın taleyi necə olacaq?” mövzusunda çıxışları- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

GADTB-nin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bildirişi

GADTB: 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü deyəndə parçalanmış Azərbaycan …