Cümə axşamı , May 9 2024
azfa

İranın İsrailə raket və PUA-larla hücumu dəf edilib

GADTB: İranın İsrailə raketlər və PUA-larla hücumu dəf edilib. Raketlər və PUA-lar İsrailə çatmamış göydə zərərsizləşdirilib. Yalnız İsrailin bir bazasına cüzi xəsarət dəyib.

Qeyd edək ki, İran öz ərazisindən İsrailə hava hücumu həyata keçirib. Bu, iki rəqib regional güc arasında uzun müddət davam edən qarşıdurmada böyük eskalasiyadır.

İranın dövlət televiziyası olan IRINN bazar günü təxminən gecə yarısı İslam respublikası qüvvələrinin İran ərazisindən İsrailə doğru onlarla hücum dronları göndərdiyini bildirib. İranın dövlət televiziyasının bildirdiyinə görə, bu hücum aprelin 1-də Dəməşqdə bir neçə yüksək rütbəli İran hərbi komandirinin həlak olması ilə nəticələnən hücuma cavab olaraq olduğunu bildirib. İran rəsmiləri bu hücumu İsrailin həyata keçirdiyini bildirmişdi.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari X sosial media platformasında yayımladığı videomüraciətdə İranın hava hücumunda raketlərdən istifadə etdiyini də bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu televiziya ilə yayımlanan çıxışında bildirib ki, İsrail “hər hansı bir təhlükəyə qarşı özünü müdafiə edəcək və bunu rasional şəkildə və qətiyyətlə edəcək”.

Bayden administrasiyası bildirib ki, ABŞ “İsrail xalqının yanında olacaq və onların İrandan gələn bu təhdidlərə qarşı müdafiəsini dəstəkləyəcək”.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Votson bəyanatında bildirilir ki, “Bu hücumun bir neçə saat ərzində baş verəcəyi ehtimalı var. Prezident Bayden açıq şəkildə bildirib- İsrailin təhlükəsizliyinə dəstəyimiz dəmir kimi möhkəmdir”.

Netanyahu öz bəyanatında ABŞ-ın dəstəyinə toxunub: “Biz ABŞ-ın İsraillə yanaşı dayanmasını, həmçinin Britaniya, Fransa və bir çox digər ölkələrin dəstəyini yüksək qiymətləndiririk”.

İranın Nyu-Yorkdakı BMT missiyası X platformasında dərc olunan yazısında bildirib ki, İsrailə hava hücumu ilə Tehran hərbi əməliyyatını yekunlaşdırdı.

Əlavə olaraq İranın Nyu-Yorkdakı BMT missiyası bildirib ki, “İsrail rejimi növbəti səhvə yol verərsə, İranın cavabı xeyli sərt olacaq. Bu, İran və özbaşınalıq edən İsrail rejimi arasında münaqişədir və ABŞ ondan uzaq durmalıdır!”

Nagel bildirir ki, İranın İslam Respublikası ilə İsrail arasında onilliklər ərzində davam edən düşmənçilik şəraitində ilk dəfə törədilmiş bu hücum, çox güman ki, münaqişədə dönüş nöqtəsi olacaq.

“Yəqin ki, biz regional qarşıdurmanın şahidi olacağıq, çünki bu, təkcə İranın İsrailə qarşı deyil, İranın azad dünyaya qarşı olmasıdır.

Həmçinin yoxlayın

Urmiya gölü ətrafındakı ağaclar talan edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ekofəal Behzad Nəbi Qədim bitkilərin tozlanmasında vacib …

Beynəlxalq Əfv Təşkilatı məcburi hicabla bağlı İrana çağırış edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Beynəlxalq Əfv Təşkilatı İranda məcburi hicab qaydalarının tətbiqi …