GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Sərhəd Xidməti komandanı Əhməd Əli Qudarzi siyasi hakimiyyətin bəhanəsini təkrarlayaraq, İsrailin guya Azərbaycanda “casusluq fəaliyyəti” ilə məşğul olduğunu iddia edib.
Qudarzi guya israillilərin Azərbaycanın vacib və həssas yerlərində yerləşdiklərini, İran əleyhinə casusluqla məşğul olduqlarını bildirib.
Buna baxmayaraq, o deyib ki, İran sərhədi, xüsusilə, şimal və şimal-qərbdə daha təhlükəsizdir, narahat olmağa ehtiyac yoxdur.
Qeyd edək ki, İran regional iddiası və ambisiyaları səbəbindən Azərbaycana qarşı “sionizm” yalanından istifadə edir. Ancaq indiyə qədər heç bir fakt təqdim edilməyib.