Bazar , Noyabr 15 2026
azfa

İranın kosmik raket sınağı keçirdiyi bildirilir

GADTB: “Associated Press” xəbər agentliyi İranın Simnan əyalətində yerləşən Xomeyni Kosmik Mərkəzində əvvəlcədən açıqlanmayan raket sınağı keçirdiyini ehtimal edir.

Mümkün sınaq İranın kosmik proqramı çərçivəsində mühüm buraxılışların həyata keçirildiyi dairəvi platformada baş tutub. Rəsmi Tehran orbitə buraxılışı hələ təsdiqləməyib.

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun tədqiqatçısı Fabian Hintzin sözlərinə görə, bu izlər daha əvvəl “Zülcənah” tipli bərk yanacaqla işləyən raketlərin buraxılması zamanı müşahidə edilənlərlə uyğunluq təşkil edir. Hintz qeyd edib ki, izlərin miqyası bu tip raketin buraxıldığını göstərir.

Sınaqla bağlı fərziyyələr ötən həftə İranın bir sıra əyalətlərində – Gülüstan, Simnan, Xorasan-e Rəzəvi, Cənubi Xorasan və İsfahan üzərində səmada tüstü və işıqlı obyektlərin göründüyü barədə yayılan məlumat və videolardan sonra daha da güclənib.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …