Çərşənbə , Oktyabr 21 2026
azfa

İranın maliyələşdirdiyi terrorçu qruplar İsrailə 200 raket atdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın təşkil edib maliyələşdiyi terrorçu qruplar gecə boyu Qəzza sektorundan İsrailə 200 raket atıb.

Bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Conatan Konrikus açıqlama verib. O, İsrailin Qəzzada 140 hərbi hədəfə cavab zərbəsi endirdiyini bildirib:

“Qəzza sektorundan İsrailin fərqli şəhərlərinə gecə ərzində 200-dən çox raket atılıb. Raketlərin üçdə biri Qəzza sektorunun ərazisinə düşüb. İsrail ordusu cavab olaraq, Qəzza sektorunda 140 hərbi hədəfi vurub, üstəlik, HƏMAS və İslami Cihad qruplaşmalarının 15 üzvünü məhv edib”.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …