Bazar , Oktyabr 18 2026
azfa

İranın Rusiyaya silah satışı müqaviləsi üzə çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Britaniyanın “Sky News” Xəbər Agentliyi İranın Rusiyaya silah satışına dair müqaviləni yayıb.

Agentlik təhlükəsizlik mənbələrindən birinə istinadən İranın Ukraynada müharibə üçün Rusiyaya silah satışı barədə sənəd imzaladığını iddia edib.

Agentliyin əldə etdiyi sənəd 14.09.2022-ci il tarixli 16 səhifəlik silah satışı müqaviləsidir.

Agentlik bildirib ki, bu müqavilə 1 milyon dollardan artıq artilleriya mərmiləri, tank və raket satışını nəzərdə tutur.

Təhlükəszilik mənbəsinin iddiasına görə, sözügedən müqavilə İranla Rusiya arasında hərbi sursat satışı ilə bağlıdır və 100 faiz doğrudur.

Agentliyin internet səhifəsində paylaşılan həmin sənəd may ayında Biritaniyaya səfəri zamanı Ukryana baş naziri Denis Şmıqala və Britaniyanın xarici işlər naziri Ceymz Klorliyə göstərilib.

Aancaq Kiyev və London bu məsələnin araşdırılacağını və müvafiq tədbir görüləcəyini bildiriblər.

Qeyd edək ki, İran Rusiyaya bir sıra too mərmiləri və s. sursatdan əlavə yüzlərlə PUA-lar satıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …