Çərşənbə , Yanvar 1 2025
azfa

İranın “Şərq” qəzeti: “Tehran-İrəvan-Moskva oxunu praktikada tətbiq etmək lazımdır”

GADTB: İranın “Şərq” qəzeti Ermənistanın “Ana Vətən” partiyasının sədri Artur Vantsyanın Azərbaycana qarşı Ermənistan-İran birliyinin yaradılması haqda fikirlərini dərc edib: “Tehran-İrəvan-Moskva oxunu praktikada tətbiq etmək lazımdır”.

Bu soəri deyən Artur Vantsyan əlavə edib: “Cənubi Qafqazda və Ermənistanın İranla beynəlxalq sərhədləri yaxınlığında alovlanma davam edir. “Badkubə” hökumətinin avantürası və İranla həmsərhəd hissələri zəbt etmək üçün gərginlik yaradan tədbirləri təhlükəli mərhələyə çatıb. Rusiyanın Ukrayna böhranına başının qarışması da Moskvanın Qafqazdakı proseslərə keçmişdə olduğundan daha az müdaxilə etməsinə səbəb olub.

Ümumiyyətlə, Ermənistan və İran bu gün oxşar təhdidlərlə üz-üzədir. Ölkələrimiz yalnız təhlükəsizlik məsələlərində daha sıx əməkdaşlıq etsələr, bu problemin öhdəsindən səmərəli şəkildə gələ bilərlər.

Əminəm ki, əgər Ermənistan və İran təhlükəsizlik sahəsində əməkdaşlığa daha çox diqqət yetirsəydilər və ikitərəfli münasibətlərdə tam etimad mühiti yaratsaydılar, biz bu gün regionumuzda belə acınacaqlı vəziyyət görməzdik.

İranlıların Sünikə sərmayə qoyması və birgə müəssisələrin yaradılması təkcə perspektivli istiqamət deyil,  həm də çox mühüm geosiyasi və təhlükəsizlik problemlərini həll edir”./Azad İran

Həmçinin yoxlayın

Türk tayfaları arasında Ayaz Ata hekayəti

GADTB: Ayaz Atanın hekayəsi bizə köhnə folklorumuzdan gəlir. Ayaz Ata haqqında çoxlu hekayələr, nağıllar danışılıb. …

Molla rejimin müstəmləkə siyasətinin nəticələrindən; Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır

GADTB: Güney Azərbaycanın Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır. Bu haqda Azərşəhr şəhərinin başçısı Rza …