Cümə , Yanvar 3 2025
azfa

İranın təhlükəsizlik rəsmisi: “Azərbaycanın iki vətəndaşına qarşı ittihamların araşdırılması üçün əlavə təhqiqat lazımdır”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin təhlükəsizlik rəsmisi bildirib ki, “Hüseyniyun”un təşkilatının 2 üzvü Azərbaycanın irəli sürdüyü ittihamların araşdırılması üçün nəzarətdə saxlanılır.

“Hüseyniyyun” terror qruplaşmasının üzvlərindən heç birinin saxlanılmadığını və bununla bağlı xəbəri təkzib edən İranın məlumatlı təhlükəsizlik rəsmisi Qum şəhərində İRNA-ya müsahibəsində deyib:”İddiaların araşdırılması üçün hazırda sözügedən Azərbaycan vətəndaşları nəzarət altındadır”.

Qumda məlumatlı təhlükəsizlik rəsmisi IRNA-ya həmin məsələ ilə bağlı bildirib ki, Azərbaycan hökuməti İrandakı vətəndaşları ilə bağlı bəzi ittihamlar irəli sürüb və bu ittihamların araşdırılması daha çox araşdırma tələb edir.

 Bu səbəbdən adıçəkilən şəxslər bir çox məsələlərin araşdırılması üçün nəzarətdə saxlanılır.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …