Bazar ertəsi , Sentyabr 7 2026
azfa

İranın təşkil etdiyi terrorçu Həşdişəbi Bağdadda etirazçıları qanına boyadı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın təşkil etdiyi terrorçu Həşdişəbi təşkilatı Bağdadda etirazçıları qanına boyadı. Həşdişəbi terrorçularının açdığı atəş nəticəsində ən azı beş nəfərin öldüyü bildirilir.

Son məlumata əsasən, həmin qüvvələr Bağdadın mərkəzi rayonundakı Ər-Rəşid küçəsində etirazçılara qarşı odlu silahdan istifadə edib. Hazırda nümayişçilər şəhərin mərkəzində yerləşən “Təhrir” meydanına soxulmağa çalışır. Polis onların qarşısını almaq üçün dəyənəklərdən istifadə edir. Təhlükəsizlik qüvvələri və Həşdişəbi ilə toqquşmalar nəticəsində, həmçinin onlarla insanın xəsarət aldığı bildirilir.

Xatırladaq ki, oktyabrın 1-də İraqda həyat şəraitinin yaxşılaşdırılması, səhiyyə, təhsil sahələrində, əmək bazarında, həmçinin korrupsiya ilə mübarizədə problemlərin həlli tələbi ilə etiraz aksiyaları başlayıb. Etirazçılar Baş Nazir Adil Abdulmehdinin istefasını tələb edirlər. Paytaxtda və bəzi əyalətlərdə keçirilən dinc etiraz aksiyaları sonradan iğtişaşlara çevrilib.

Həmçinin yoxlayın

Xoy sənaye şəhərciyində “Araz Silikon” zavodunun fəaliyyəti ilə bağlı ekoloji hesabatlar və tənqidlər- Video

GADTB: Xoy sənaye şəhərciyində fəaliyyət göstərən “Araz Silikon” zavodunun fəaliyyəti ilə bağlı ekoloji hesabatlar və …

Əli Babayi ilə bağlı yeni cinayət işi; həbs cəzalarının ümumi müddəti 7 il 3 aya qaldırıldı

GADTB: Təbriz Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı türk fəal Əli Babayi yeni məhkəmə işi üzrə “rejim …

Bir cavab yazın