Şənbə , Yanvar 28 2023
azfa

İranın terror hədəsilə bağlı ABŞ təyyarədaşıyan gəmisini bölgədə saxladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ İran tərəfindən səsləndirilən təhdidlərdən sonra “Nimits” təyyarədaşıyan gəmisini Yaxın Şərqdə saxlayıb.

Bunu ABŞ müdafiə nazirinin səlahiyyətlərinin icraçısı Kris Miller deyib.

“Bir müddət öncə İran liderlərinin ABŞ Prezidenti Donald Trampa və digər rəsmi şəxslərə qarşı səsləndirdiyi təhdidlərə görə əmr vermişəm ki, “Nimits” özünün ənənəvi yerdəyişməsini dayandırsın. “Nimits” ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının əməliyyatlar zonasında qalır”, – o bildirib.

Qeyd edək ki, bundan öncə İran rəsmiləri bəyanat yayaraq, ABŞ Prezidenti Donald Trampın yanvarın 20-nə qədər İrana zərbə endirəcəyini açıqlamışdılar.

Həmçinin yoxlayın

Bayraqdar: Bu PUA-larımız inqilab edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib …

Güney Azərbaycandan Azərbaycanla həmrəyliyə çağırış

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycandan olan azərbaycanlı milli-mədəni fəallar Azərbaycan Respublikasının …