Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

İranın uran ehtiyatlarının ABŞ ilə razılaşmada əsas maneə olduğu bildirilir

GADTB: İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının ABŞ ilə razılaşmada əsas maneə olduğu bildirilir.

“The New York Times” bununla bağlı qəzeti yazır ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi Tehran və Vaşinqton arasında mümkün razılaşmanın əldə olunması yolunda əsas maneələrdən biridir.

Qəzet Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) dəyərləndirmələrinə istinadən bildirir ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsi İsfahan nüvə kompleksində yerləşən dərin və möhkəmləndirilmiş tunellərdə saxlanılır.

Ehtiyatların bir hissəsinin isə Fordo və Nətənz nüvə obyektlərində olduğu qeyd edilir.

Qəzet yazır ki, belə bir ssenari baş verərsə, İranın nüvə proqramı ilə bağlı monitorinq imkanları məhdudlaşa və gələcək danışıqların aparılması daha da mürəkkəbləşə bilər.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …