Bazar , Noyabr 27 2022
azfa

İranla Ermənistan Azərbaycan tarixini birlikdə saxtalaşdırmağa davam edirlər

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İranla Ermənistan məqsədsli konfranslar keçirməklə Azərbaycanın tarixini birlikdə saxtalaşdırmağa davam edirlər.

İranın Ermənistandakı Səfirliyinin Mədəniyyət Mərkəzi,  Rusiya-Ermənistan Şərqşünaslıq (Slavyan) İnstitutu və Mesrop Maştots (Matenadaran) Əlyazmalar İnstitutu tərəfindən gələn il 29-30 mart tarixlərində keçiriləcək “İranın Qafqazda mədəni irsi” adlı beynəlxalq konfransın məqalələri üçün çağırış dərc olunub.

İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının rəsmi saytının məlumatına görə, konfransa geniş spektrli tarixi, ədəbi və mədəni araşdırmalar və İranın Qafqaz ölkələrindəki mədəni irsinin müxtəlif aspektləri daxildir.

Konfransın məqalələri aşağıdakı mövzuları əhatə edir:

– Qafqazda İranın tarixi-bədii əsərləri və abidələri (məscidlər, qalalar və İran memarlığının qalmış əsərləri)

– Qafqaz regionunda İran irqləri (aslar, tatlar, talışlar)

– Ermənilərin Qafqazda və İranda mədəni missiyası və s…

Qeyd edək ki, xəbərin dərc edildiyi İranın qatı anti-Azərbaycan mövqeyi ilə seçilən və İranın birbaşa ETTELAAT Nazirliyinə bağlı olan “Qafqaz.ir” saytında (sözügedən sayt İranın əyalət mollası və Ərdəbilin cümə imamı Həsən Amelinin nəzarəti altında fəaliyyət göstərir) Naxçıvandakı qədim Azərbaycan tarixi abidəsi olan Möminə Xatun türbəsinin şəkli yerləşdirilib və İranın mədəni irsi kimi göstərilib.

Həmçinin yoxlayın

Türkiyə ilk pilotsuz qırıcı olan “Bayraktar Kızılelmanın” istehsalına başlayacağını açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdoğan Türkiyənin ilk pilotsuz qırıcısı “Bayraktar Kızılelmanın” istehsalına …

Molla rejimi Məlikkəndi və Tehranda 7 nəfər azərbaycanlı fəalı həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Məlikkəndi və Tehranda 7 nəfər …