Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi Ərdəbidə yaxaladığı Səccad Qane Müqəddəm və Məhəmməd Colani zindana köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ərdəbildə yaxaladığı azərbaycanlı milli fəallar Səccad Qane Müqəddəm və Məhəmməd Colanini təcridxanadan Ərdəbildəki zindanının ümumi bölməsinə köçürüb.

Etirazlar dövründə rejimin yaxaladığı azərbaycanlı fəalların nədə ittiham olunduqları barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, Səccad Qane Müqəddəm, Məhəmməd Colani və Yasir Colani oktyabrın 2-də Ərdəbil-Səreyin yolunda molla rejiminin məmurlarının hücumuna məruz qalıb və avtomobillərinə atəş açılaraq həbs edilmişdilər. Molla rejimi etirazlar zamanı çox sayda azərbaycanlı fəalı həbs edib.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …