Çərşənbə axşamı , Mart 19 2024
azfa

İranla Ermənistan sərhəddə yarmarka açırlar

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Araz Azad İqtisadi Zonası Təşkilatının İdarə Heyətinin üzvü İranla Ermənistanı birləşdirən Norduz sərhəd-keçid məntəqəsinin hər iki tərəfində yarmarka yaradılacağını açıqlayıb.

Qulamhüseyn Kərimi “tahlilbazaar” saytına açıqlamasında “Araz” Azad İqtisadi Bölgəsinin Avrasiya bazarına çıxış əldə etməkdə roluna toxunaraq deyib: Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin bazarına çıxış İrana beynəlxalq bazarlarda rol oynamaq üçün əlverişli imkan yaradıb ki, bu arada “Araz” Azad Ticarət-Sənaye Zonasının əhəmiyyəti onun ərazisində Norduz sərhəd-keçid məntəqəsinin yerləşməsinə görə göz qabağındadır.

Kərimi əlavə edib: Norduz sərhəd-keçid məntəqəsi Avrasiya İttifaqı ölkələrindən biri olan Ermənistanla İran arasında yeganə quru sərhəddir, İranın Avrasiya İttifaqına çıxış qapısı kimi tanınır və İranın Avrasiya İttifaqına üzv ölkələrlə başqa quru sərhədi yoxdur.

Qeyd edək ki, İran hakimiyyəti son illərdə Ermənistan hökuməti ilə hərtərəfli əlaqələrini möhkəmləndirməyə can atır. Bu qarşılıqlı münasibətlərə əsasən, siyasi, ictimai, iqtisadi, idman və daha bir çox sahələrdəki əlaqələri misal göstərmək olar. Bir müddət öncə İslam Şurası Məclisinin iranlı və erməni əsilli üzvlərinin İrəvana 5 günlük səfəri də iki ölkə əlaqələrinin düşündürücü bir şəkildə genişləndiyini, habelə onların işğalçı Ermənistanla yeni sahələrdə də əməkdaşlığın qurulmasının əhöəmiyyətini vurğulamaları bir daha bu xəbis niyyətdən xəbər verir. Son vaxtlarda İranın kənd təsərrüfatı məhsullarının tərkibində zəhərli maddələrin aşkarlanmas səbəbindən bir sıra ölkələr tərərfindən geri qaytarılması amili də İranın Ermənistana satış bazarı gözü ilə baxmasına rəvac verib.

Həmçinin yoxlayın

Ərdəbil ən çox işsizi olan əyalətlər siyahısındadır

GADTB: İran Statistika Mərkəzinin rəsmi məlumatına görə, cari ilin mart ayının sonunadək olan dövrdə qadınların …

Ana dilinə görə rejimin həbs etdiyi milli fəal Evin zindanında acınacaqlı şəraitdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, ana dilinə göörə molla rejimin həbs etdiyi və …