
GADTB: Koreyanın Kyonqbuk vilayətinin Qumi şəhərinin polisi 2025-ci ildə keçiriləcək Asiya çempionatında iştirak edən İran atletika komandasının biri məşqçi, ikisi idmançı olmaqla 3 İran vətəndaşını koreyalı qadına cinsi təcavüzdə ittiham edərək həbs edib.
Həmin şəxslər hadisədən bir gün əvvəl atletlər kəndi yaxınlığında zərərçəkmişlə görüşüb, sonra onu otelə aparıb və cinayəti törədiblər. Hər ikisi 30 yaşda olan iranlı idmançılar və bir məşqçi dərhal hadisə yerində həbs edilib.