Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

İranlı siyasətçi Azərbaycanı hədələdi

GADTB: İranda 2021-ci il prezident seçkilərinə namizəd Mustafa Taczadə Azərbaycan-Ermənistan sərhəddində baş verən son hadisələrlə bağlı paylaşım edib.

Məhəmməd Xatəminin prezidentliyi dövründə daxili işlər naziri olan Taczadə  Azərbaycanı hədələyib.

“İran sərhədləri bizim namusumuzdur. Bizi sizin inancınız və bizim kimi şiə olub-olmamağınız maraqlandırmır.

Əgər bizim şimal sərhəddimizdə dəyişiklik etməyi düşünürsənsə, Ermənistanda sənin üçün şiə qəbristanlığı salıb və Şimali Azərbaycan əyalətini İrana birləşdirəcəyik”-deyə, Mustafa Taczadə özünün “İnstagram” səhifəsində Azərbaycana qarşı hədə yağdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikası yerinə “Şimalı Azərbaycan əyaləti”, “işğal olunmuş Azərbaycan əyaləti” kimi ifadələr İran mediasında geniş istifadə edilməkdədir./ Azad İran

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …