İraq kürdlərinin Qərbi Azərbaycana kütləvi məskunlaşdırılmasının ildönümü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün molla rejimi dövründə İraq kürdlərinin Qərbi Azərbaycana kütləvi gəlişi və məskunlaşdırılmasının ildönümüdü.

İraq ordusunun üsyançı kürd silahlılarına qarşı keçirdiyi əməliyyat nəticəsində İraqdan yüz minlərlə kürd Qərbi Azərbaycan torpaqlarına sığınmışlar.

1991-ci il aprelin 6-də İraqın mərkəzi hökumətinin zəifləməsindən istifadə edən silahlı kürd təşkilatları üsyan etdikləri üçün İraq ordusu kürdlər yaşayan bölgələrdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən İran rejimi “kürd qaçqınları”nı Azərbaycan bölgələrində yerləşdirməyə başladı.

İraqdan qaçan kürdlər İran rejimi tərəfindən qəsədən daha çox Qərbi Azərbaycan əyalətinin Urmiya, Sulduz, Salmas, Soyuqbulaq, Bukan, Piranşəhr və başqa şəhərlərində qanunsuz şəkildə məskunlaşdırıldı.

Dünənin qonaqları artıq İran rejimi və kürd terror təşkilatlarının himayəsinə arxalanaraq ev sahiblərinə düşmənçiliyə başlayıb və Azərbaycan millətinə qarşı torpaq iddiası irəli sürürülər.

Qeyd edək ki, Pəhləvi rejimi də, İranın molla rejimi də İraq kürdlərini qəsdən Azərbaycana yerləşdirməklə türk millətinə qarşı düşmənçilik ediblər.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …