Çərşənbə , Noyabr 11 2026
azfa

İraq Kürdüstanı parlamentinin spikeri istefa verib

İraq Kürdüstanı parlamentinin spikeri Yusif Məhəmməd dekabrın 26-da istefa verdiyini bəyan edib. Rudaw telekanalının yaydığı məlumata görə, spiker bu addımı rəhbərlik etdiyi “Qorran” (“Dəyişikliklər”) partiyası region hökumətindən çıxdıqdan bir neçə gün sonra atıb.

Ötən həftə “Qorran” və “İslam qrupu” partiyaları bu bölgədə baş verən etiraz aksiyaları fonunda regional hökumətin tərkibindən çıxıb.

Xatırladaq ki, İraq Kürdüstanının müxtəlif rayonlarında əməkhaqqlarının gecikməsi və ağır iqtisadi vəziyyətlə bağlı keçirilən nümayişlər zamanı baş verən ixtisaslar nəticəsində azı 7 nəfər həlak olub, 80 nəfərdən çox insan isə yaralanıb.

Həmçinin yoxlayın

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …

İrqçi fars rejimi azərbaycanlı uşağa türkcə Elşən adına görə 447 gündür doğum haqqında şəhadətnamə verməkdən imtina edir

GADTB: İrqçi fars rejiminin Xoy şəhərindəki Vətəndaşlıq Vəziyyəti Qeydiyyatı İdarəsinin  Elşən türk adının qeydiyyata alınmasına …

Bir cavab yazın