Cümə , Aprel 26 2024
azfa

Almaniya Avropa İttifaqına Türkiyə ilə münasibətlərin yeni modelini təklif edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Brüssel Ukrayna və Türkiyə ilə qarşılıqlı münasibətlərini Böyük Britaniyanın Avropa İttifaqından çıxması nəticələrinə görə formalaşacaq yeni model üzrə qurmağa başlaya bilər. AZƏRTAC xəbər verir ki, bu fikri Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel Alman media konserni Funke Mediengruppeyə müsahibəsində səsləndirib.

Nazir qeyd edib ki, əgər biz Breksitdən sonra Böyük Britaniya ilə qarşılıqlı əlaqələri nizamlayan məntiqli razılaşma əldə edərsək, bu, digər ölkələr – Ukrayna və Türkiyə üçün də tətbiq ediləcək model ola bilər. Onun sözlərinə görə, yaxın illərdə bu iki ölkə Avropa İttifaqına üzv ola bilər və bu səbəbdən biz onlarla daha sıx əməkdaşlıq üçün alternativ formalar haqqında düşünməliyik.

Alman siyasətçi onu da vurğulayıb ki, Ankara ilə gömrük birliyi çərçivəsində yeni, daha möhkəm qarşılıqlı fəaliyyət haqqında fikirləşmək olar. Nazir hesab edir ki, bu ölkənin prinsip etibarı ilə Avropa ilə münasibətlərin yaxşılaşması istiqamətində siyasi iradəsi var və bu iradə Almaniyada da mövcuddur.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Bir cavab yazın