İraqçi fars rejimi türklərə təhqiri kitablara salaraq rəsmi şəkildə yayır

İrqçi fars rejimi türklərə təhqiri məktəb və universitet dərsliklərinə salaraq, rəsmən məktəb və universitetlərdə tədris etdirərək yayır. Rejimin Təhsil Nazirliyi tarixi təhrif edərək, türklərə qarşı təhqiramiz ifadlər dərc edib və tədris edərək, 80 milyon ölkə əhalisinə aşılayır. Üstəlik rejimin dövlət teleradio şirkətləri və qəzetləri türklərə qarşı irqçi ifadələrlə təhqiramiz materiallar dərc edir. İrqçi fars rejimi beləliklə XXI əsrdə dünyanın heç bir yerində görünməmiş şəkildə irqçilik nümayiş etdirir.

Məlumata görə, irqçi fars rejimi orta məktəb və universitet dərsliklərində min illik türk hakimiyyətini mənimsəyərək İran tarixi kimi göstərməklə heç bir dövlətçilik tarixi olmayan, türkün köləsi olan farsları türklərdən ağıllı və zəkalı kimi göstərir. Hakimi və ağaları olan türkləri isə çöldə yaşayan, mədəniyyəti olmayan, dövləti idarə etməyə bacarığı olmayan şəxslər kimi təqdim edir. Misal üçün beşinci sinif tarixində Qəznəlilər, Xarəzmşahlar və Səlcuqlular barədə yazıblar ki, bu türklər köçəri idi və ölkəni idarə etmək barədə heç nə bilmirlər. Geniş əraziyə malik ölkəni idarə etmək üçün daha zəkalı olan fars nazirlərdən istifadə edirdilər.

Göründüyü kimi birincisi türk tarixi və dövlətçiliyi təhrif edilərək mənimsənilir. İkinci isə hakimləri olduğu türk imperatorları bacarıqsız, dövlət və dövlətçilikdən xəbərsiz köçərilər kimi təhqir edirlər. Bununla da uşaqlara türk düşmənliyi və irqçiliyi aşılayır, üstəlik tarixi gerçəklikləri təhrif edirlər.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın