Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Ermənilərin Avropa Parlamentində keçirdiyi tədbir iflasa uğradılıb

GADTB-nin Mətbuat Mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, fevralın 27-də erməni diaspor təşkilatlarının Avropa Parlamentində keçirdiyi tədbir azərbaycanlı gənclərin səyləri nəticəsində iflasa uğradılıb.

Sırf propaqanda xarakteri daşıyan tədbirdə erməni millətçiləri və işğalçı rejimin təmsilçiləri ilə birgə  Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Avropa Parlamentinin deputatı Lars Adaktusson, tanınmış ermənipərəst S. Markedonov və digər bu kimi “müstəqil mütəxəssislər” iştirak ediblər.

Tədbir zamanı çıxışçıların gülünc fikirlərinə etiraz əlaməti olaraq, azərbaycanlı gənclər “Xocalıya ədalət” şüarının əks olunduğunu plakat qaldırıblar. Tədbirin təşkilatçıları Azərbaycanlı gənclərə hücum çəkərək kobudcasına plakatı onların əllərindən almağa çalışıb, çaxnaşma yaradıblar.

Zalda olan azərbaycanlı gənclərin çıxışlarında Xocalı soyqırımını törətmiş, azərbaycanlılara qarşı etnik təmizləmə aparmış Ermənistanın münaqişədə işğalçı mövqeyi ifşa edilib, bu səpgidə suallar ünvanlandırılıb. Tədbirin gedişatının ermənilərin nəzarətindən çıxdığını görən təşkilatçılar hətta onun sosial şəbəkələr vasitəsilə canlı yayımını dayandırmağa məcbur olublar.

Beləliklə, erməni diasporunun Avropa Parlamentinin binasında keçirilmiş “yığıncağını” beynəlxalq konfrans kimi təqdim etmək cəhdləri vətənpərvər Azərbaycan gənclərinin mütəşəkkil səyləri sayəsində tam iflasa uğrayıb.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın