GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Əmir Bədrini cərimə cəzasına məhkum etdi.
Azərbaycanlı milli-mədəni fəal və Təbriz Universitetinin material mühəndisliyi tələbəsi Əmir Bədri sosial mediadakı paylaşımlarına görə rejimə qarşı təbliğat aparmaq ittihamı ilə 30 milyon rial cərimə ödəməyə məhkum edilib.
Məhkəmənin qərarı məhkəmə xəbərdarlığı sistemi vasitəsilə yox, Əmir Bədriyənin vəkili tərəfindən qərarın surəti çıxarılmaqla ona çatdırılıb.
Bundan əvvəl, İnformasiya Nazirliyinin agentləri Əmir Bədrinin atasının evinə basqın edərək onun şəxsi əşyalarını, o cümlədən mobil telefonunu müsadirə ediblər.