Bazar ertəsi , İyul 13 2026
azfa

İrqçi fars-molla rejiminin Səhər televiziyası Qərbi Azərbaycanı Kürdüstan adlandırdı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Antiazərbaycan “Səhər” televiziyası Qərbi Azərbaycanı Kürdüstan adlandırmaqla Azərbaycanın böyük bir hissəsinin Kürdüstana birləşdirilmələrinə zəmin hazırlayır.

Bu gün rejimin “Səhər” televiziya kanalı Güney Azərbaycanda yerləşən Qərbi Azərbaycan vilayətinin Sərdəşt sərhəd şəhərində 3 azərbaycanlı sərhədçinin kürd terror qruplaşmasının tərəfindən öldürməsi xəbərini əks etdirərkən başlıqda “Qərbi Azərbaycanın Sərdəşt şəhəri” yazmaq yerinə “Urmiyanın Sərdəşt şəhəri” yazmış, xəbərin aşağısında isə “Qərbi Azərbaycan”ı “Kürdüstan” yazmaqla açıq şəkildə Azərbaycanın böyük bir hissəsini kürdlərə pişkeş edib.

Qeyd edək ki, irqçi fars-molla rejimi bir tərəfdən PKK, PJAK və s. kürd terror təşkilatlarına yardım edir, digər tərəfdən isə sırf azərbaycanlı əsgərləri həmin terrorçuların hücum etdiyi sərhədlərə yerləşdirməklə azərbaycanlı əsgərləri faktiki olaraq qətliam edir. Rejim həmçinin son onilliklərdə məqsədli şəkildə bir milyondan artıq kürdü Güney Azərbaycana köçürməklə Azərbaycanın böyük bir hissəsini Kürdüstana birləşdirməyi qarşıya mıəqsəd qoyub. Bu istiqamətdə rejimin rəsmi televiziya kanalları da Azərbaycan vilayətlərini Kürdüstan kimi qələmə verirlər.

Həmçinin yoxlayın

Təbrizin Başmaqçı bazarında yanğın baş verib

GADTB: İyulun 13-də Təbrizin Başmaqçı bazarında yerləşən mağazalardan birində elektrik generatorunun alışması nəticəsində yanğın baş …

“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb

GADTB: İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. …

Bir cavab yazın