Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İrqçi fars rejimə ana dilində təhsil və türk nazirin təyin olunması tələbi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı millət vəkili rejimin məclisində ana dilində təhsil və türk nazirin təyin olunması tələbini irəli sürdü. Güney Azərbaycanın Şəbistər şəhərindən rejimin məclisinə millət vəkili seçilən Məsumə Ağapur Əlişahi 2018-ci il oktyabr ayının 10-da məclisdə Həsən Ruhanini seçkiqabağı təbliğat-təşviqat dönəmində verdiyi vədləri yerinə yetirməyə çağıraraq, deyib:

“Urmiya gölünnün vəziyyəti yaxşı deyil. Bu göl bir zamanlar bölgəyə xüsusi səfa bəxş edərdi. Lakin indi həyatı və gözəlliyi itib. Cənab Ruhaninin hökuməti öz səyini əsirgəməsin, yarıcan gölə yenidən can versin. Urmiya gölü ölməkdədir. Lütfən onun bərpasına büdcə vəsaiti ayırın.”

Ağapur Əlişahi ana dilinin tədrisi ilə bağlı konstitusiyanın 15-ci maddəsinin icrasını və Azərbaycan türkcəsinin məktəblərdə tədrisini tələb edərək, nazirlər kabinetində ən azı bir qadın, bir türk və bir sünni məzhəbinə mənsub şəxsi görmək istədiyini bildirib.

 

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın