Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

ABŞ-da Suriyaya şərti

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Dəməşq İran qoşunlarının Suriyadan çıxarılmasına nail olmayana qədər Vaşinqton Suriyanın bərpasına heç bir vəsait verməyəcək.

Bunu Amerikanın Milli Təhlükəsizlik Məsələləri üzrə Yəhudi İnstitutunda çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“İranın Suriyadan çıxarılmasının məsuliyyəti hökumətin üzərindədir. Məhz hökumət İran ordusunun burada yerləşməsinin günahkarıdır. Əgər onlar İran ordusunu buradan çıxartmasalar, ABŞ-dan rekonstruksiya üçün bir dollar belə almayacaqlar”, – deyə o bildirib.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Bir cavab yazın