Çərşənbə axşamı , Noyabr 11 2025
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Rəhim Qulamini məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal, şair və yazıçı Rəhim Qulaminin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinə çağırıb.

Məhkəmənin çağırış vərəqəsi elektron formada fəala göndərilib. Fəalın 2019-cu il yanvarın 23-də məhkəməyə müraciət etməsi tələb edilib.

Rejim azərbaycanlı fəalı şərləyərək, “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq”da ittiham edib.

Qeyd edək ki, azərbaycanlı fəal Rəhim Qulami 2018-ci il iyulun 2-də Babək Qalası Qurultayına bir neçə gün qalmış evdən çıxarkən rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və eyni tarixdə yaxalanan azərbaycanlı fəallar Əli Vasiqi, Əsgər Əkbərzadə, Mehdi Huşmənd və Səid Sadiqifərlə birlikdə Ərdəbil Polis İdarəsinin Təhlükəsizlik Bölümün təcridxanasına aparılıb.

Azərbaycanlı fəallar müxtəlif formalarda təzyiq və işgəncələrə məruz qalıb. Rəhim Qulami və digər fəallar 2018-ci il iyulun 10-da hər biri 50 milyon tümənlik mülki vəsiqə qarşılığında həbsxanadan zaminə buraxılımışlar.

Həmçinin yoxlayın

Evin həbsxanası önündə aksiya – “Araz Aman”ın ailəsi də etirazçılara qoşuldu

GADTB: Artıq üçüncü gündür ki, Tahir Nəqəvi və Vədud Əsədinin ailə üzvləri və yaxınları, bu …

İki hindli “nüvə alimi” adı ilə İranı aldadıb milyonlar qazanıb

GADTB: İranda iki hindistanlı şəxs – Axtar Hüseyni Qutbuddin Əhməd və Adil Hussaini – özlərini …

Bir cavab yazın