Cümə axşamı , Avqust 20 2026
azfa

Terrorçu kürdlər türkmən şəhəri Kərkükdə yeni böhran yaratdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terrorçu kürdlər türkmən şəhəri Kərkükdə yeni böhrana səbəb olublar. İraq mərkəzi hökuməti ilə İraq Kürd Muxtariyyəti arasında yaşanan “bayraq böhranı” getdikcə daha gərdin xarakter alır.

Mərkəzi hökumətin verdiyi 24 saatlıq müddət başa çatsa da, Kürdüstan Yurdsevərlər Partiyası türkmən şəhəri Kərkükdə qaldırdıqları bayraqları endirməyi rədd edib.

Partiya təyin olunan vaxtın başa çatmasından sonra yazılı açıqlama verib. Açıqlamada İraq Kürd Muxtariyyəti bayrağının Kərkükdən asılması ilə bağlı yaranan böhranla əlaqədar İraq Federal Məhkəməsinə müraciət edildiyi və məhkəmə qərarı olmadan məsələnin həllinə nail olmağın mümkünsüzlüyü qeyd olunub. Kərkükdə partiya və təşkilat binasında İraq Kürd Muxtariyyəti bayrağının asılı qalacağının elan olunduğu açıqlamada, həmçinin, şəhərdəki hər hansı bir yerdə bayraq asılmasından partiyanın məsuliyyət daşımayacağı bildirilib.

Qeyd edək ki, 9 yanvar tarixində Kərkükdə Kürdüstan Yurdsevərlər Partiyasının bayraqları yenidən peyda olub. Partiya Kərkükün mübahisəli ərazi olduğunu və öz bayrağını asmaq hüququna sahib olduğunu açıqlamışdı. Mərkəzi hökumət isə bayraqların endirilməsi üçün 24 saat vaxt vermişdi. Terrorçu kürdlər türkmənlərin şəhərlərini bir-bir işğal edib Kürdüstana qatmaq istəyirlər.

Həmçinin yoxlayın

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının …

ABŞ-ın Körfəzdəki yeni aviadaşıyıcısı fəaliyyətə başlayıb

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS George Washington (CVN 73)” aviadaşıyıcısı fəaliyyətə başlayıb. Bu …

Bir cavab yazın