Çərşənbə , Fevral 21 2024
azfa

İrqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Nasir Xulusini məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Təbriz sakini və inşaat mühəndisi olan azərbaycanlı milli fəal Nasir Xulusini Təbrizdəki İnqilab və Cinayət məhkəmələrinə çağırıb.

Azərbaycanlı fəal bu barədə öz İnstagram səhifəsində də məlumat verib. Məlumata görə, fəala məhkəmədən Elektron Sistemi vasitəsilə göndərilən çağırış vərəqəsinə əsasən, Nasir Xulusi sentyabrın 7-də Təbrizdə yerləşən rejimin İnqilab Məhkəməsinin 1-ci şöbəsində olmalıdır.

Fəal yazıb ki, o, GAMAC və Müstəqil Fəallar Zümrəsi Qrupunda üzv olmaq, eləcə də sistem əleyhinə təbliğat aparmaqda ittiham edilib.

Məhkəmənin Elektron Sistemi vasitəsilə göndərilən digər çağırış vərəqəsində isə o “Yalan məlumat yaymaq” ittihamı ilə sentyabrın 14-də rejimin Təbrizdəki Cinayət Məhkəməsinin 112-ci şöbəsinə müraciət etməsi istənilib.

Azərbaycanlı fəal isə özünə qarşı irəli sürülən bütün ittihamları rədd edərək, bildirib ki, “heç bir cinayət işləməyib və bu barədə sübut yoxdur. 2017-ci ildə həbsdən çıxdıqdan bu yana heç bir siyasi fəaliyyət göstərməyib”.

Nasir Xulusi ona qarşı 3 dəfə yeni ittihamların irəli sürülməsini təhlükəsizlik qüvvələrinin onu şərləmə təşəbbüsü olduğunu bildirib.

Xülusi yazıb: “Birinci dəfə ETTELAAT zindanda heç bir sübut olmadan GAMAC Müstəqil Fəallar Zümrəsi Qrupunda üzv olmaqda ittiham edildim. İkinci dəfə zaminə buraxıldıqdan 4 ay sonra “Yalan məlumatlar yaymaq” və “Sistem əleyhinə təbliğat aparmaq”da ittiham edildim. Halbuki, 3 il əvvəl də eyni ittihamlarla qarşılaşmışdım. Sadəcə bu dəfə GAMAC yerinə Müstəqil Fəallar Zümrəsi Qrupuna üzv olmaqda ittiham edildim. Yəni 7 ay sonra bunların fərqini başa düşüblər… dünyanın harasında belə şey mümkündür?”

Qeyd edək ki, Nasir Xulusi 2017-ci il fevral ayında Təbrizdən Urmiyaya gedərkən terrorçu Sepah-ın kəşfiyyat məmurları tərəfindən yaxalanmışdı. O, bir neçə ay sonra Urmiyada rejimin məhkəməsi tərəfindən “Sistemin əleyhinə təbliğat aparmaq və milli təhlükəsizliyi pozmaq” ittihamı ilə 6 il həbs cəzasına məhkum edilmişdi.

Xulusi 2017-ci il payızın orta ayında həbs cəzasını çəkmək üçün təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq zindana köçürülsə də təxminən 4 ay sonra 2018-ci il fevralın 15-də sərbəst buraxılıb.

Həmçinin yoxlayın

21 fevral – Beynəlxalq Ana Dili Günüdür

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün fevralın 21-i bütün dünyada Beynəlxalq Ana …

Molla rejimin həbs etdiyi daha bir azərbaycanlı fəalın kimliyi məlum oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həbs dalğasında irqçi fars-molla rejimin həbs etdiyi …

Bir cavab yazın