Çərşənbə axşamı , Avqust 16 2022
azfa

İrqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Yaşar Pirini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim təhlükəsizlik qüvvələri Güney Azərbaycanın Təbriz şəhəridə azərbaycanlı milli-mədəni fəal Yaşar Pirini fevral ayının 21-də həbs edib.

Azərbaycanlı fəalın həbs səbəbi və harada saxlanması barədə məlumat yoxdur.

Qeyd edək ki, azərbaycanlı fəal 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etirazlar zamanı Yaşar Piri qardaşı Ruzbeh Piri ilə birlikdə irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq yaxalanmışdır.

Piri qardaşları daha sonra terrorçu Sepahın təcridxanasına köçürülmüşdülər. Azərbaycanlı qardaşlar 26 gün dindirildikdən sonra Təbriz zindanının 3-cü bölməsinə köçürülmüş, 5 fevral 2020-ci ildə girov qarşılığında məhkəmə prosesinin bitməsinə qədər müvəqqəti azadlığa buraxılmışdılar.

Yaşar Piri 2012-ci ilin mart ayında Urmiya gölünün qurudulmasına etiraz olaraq keçirilən aksiyada yaxalanaraq “İctimai asayışı pozmaq” ittihamı ilə 3 ay şərti həbs və 30 qamçı cəzasına məhkum edilmişdir.

Yaşar Piri Təbriz Azad Universitetinin məzunu hüquq ixtisası üzrə təhsil alıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “Danışır Güney Azərbaycan” proqramında çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

İran rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Məhəmməd Eyni elektrik qandalla sərbəst buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Rəştdə həbs etdiyi azərbaycanlı milli …