Şənbə , Mart 14 2026
azfa

İrqçi fars rejim azərbaycanlılardan vergi toplayıb xarici ölkələrdə fars dili ixtisası açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan türcəsi və başqa millətlərin dilini qadağan edib məhv etməyə çalışan irqçi fars rejim azərbaycanlılardan topladığı vergilər hesabına dünyanın müxtəlif ölkələrinin universitetlərində fars dili ixtisası təsis edir.

Rejimin elmlər, tədqiqat və texnologiya nazirinin iranşünaslıq və fars ədəbiyyatı inkişafı işləri üzrə müavini Bahadur Baqiri xarici ölkələrin universitetlərində fars dili və ədəbiyyatı ixtisasının inkişafı üçün 300 milyard rial vəsait ayrıldığını bildirib.

Baqiri 2019-cu il iyulun 4-də verdiyi açıqlamada ruhaninin müavini və Büdcə və Planlaşdırma Təşkilatının rəisi Məhəmmədbaqir Nobəxtin sözügedən məbləğin ayrılması ilə razılaşdığını açıqlayıb.

Qeyd olunub ki, həmin məbləğ keçən illərə nisbətən iki dəfə artıb. Bundan əvvəllki illərdə təxminən 150 milyard rial xarici universitetlərdəki fars dili və ədəbiyyatı ixtisasına vəsait ayrılardı.

Bahadur Baqiri bildirib ki, ayrılan məbləğin miqdarı tələb etdikləri məbləğlə təxminən eynidir.

Qeyd edək ki, irqçi fars rejimin dünyanın 62 ölkəsinin universitetlərində pulsuz 340 fars dili və ədəbiyyatı ixtisası yaradıb.

Həmçinin yoxlayın

Bu gün Təbrizdə molla rejimin mövqelərinə çoxsaylı hücum olub

GADTB: Bu gün səhər saatlarında Təbrizin müxtəlif bölgələri 3 mərhələdə hava hücumuna məruz qalıb. Bu …

Özbəkistan: Türk Dövlətləri Təşkilatında hərbi-texniki əməkdaşlıq təbii prosesdir

GADTB: Özbəkistan Prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilov jurnalistlərə deyib ki, Türk Dövlətləri Təşkilatı …

Bir cavab yazın