Bazar ertəsi , Sentyabr 21 2026
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Şahin Bərzgərin evinə hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları iyulun 13-ü günorta saatlarında azərbaycanlı milli fəal Şahin Bərzgərin evinə hücum çəkərək, onu həbs etmək istəyiblər.

Fəalın evdə olmadığını görən rejimin qüvvələri evin qapısını zorla qırıb mənzilə daxil olaraq, fəalın qardaşı və bacısını vəhşicəsinə döyüblər. Döyülmə nəticəsində Şəhab Bərzgər və Şadi xanım Bərzgər ciddi xəsarət alıblar.

Şahin Bərzgər bundan öncə də Azərbaycan uğrunda milli-mədəni fəaliyyətlərinə görə rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və rejim tərəfindən müxtəlif basqılara məruz qalıb.

Qeyd edək ki, azərbaycanlı milli fəalların Urmiya gölünün acınacaqlı vəziyyətinə və İran rejiminin gölü bilərəkdən qurutmaq siyasətinə etiraz etmək üçün şənbə günü aksiya çağırışından sonra, rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı fəallara qarşı repressiyaya başlayıblar.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …