Bazar , Noyabr 15 2026
azfa

İran Urmiya gölünün 95 faizi qurudub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi qeyri-düzgün idarəetmə və gölə tökülən çayların qarşısını kəsməklə Urmiya gölünün 95 faizi qurudub.

Bu məsələyə İranın Qərbi Azərbaycan vilayətinədki fövqəladə hallar idarəsinin baş direktoru Əmir Abbas Cəfəri etiraf edərək deyib ki, quraqlıq, suyun buxarlanması, kənd təsərrüfatının qeyri-məntiqi şəkildə inkişaf etdirilməsi və Urmiya gölünün suyundan qeyri-düzgün şəkildə istifadə edilməsi gölün qurumasının əsas səbəblərindəndir.

O qeyd edib ki, su ehtiyatlarından düzgün şəkildə istifadə olunmaqla Urmiya gölünün yenidən bərpa olunacağına ümid edilir.

Qeyd edək ki, irçi fars rejimin yanlış və Antiazərbaycan siyasəti nəticəsində artıq Urmiya gölünün 95 faizi quruyub və Azərbaycan dəhşətli ekoloji fəlakətlə üz-üzə qalıb.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …