Cümə , Oktyabr 23 2026
azfa

İrqçi fars rejim azərbaycanlı öyrənci fəal Pərisa Rəfiiyə 7 il həbs cəzası verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı öyrənci fəal, Zəncan sakini Pərisa Rəfiiyə heç bir günahı olmadan 7 il həbs cəzası verib.

Tehran Universitetinin öyrəncisi olan Pərisa Rəfiini Tehranın İnqilab Məhkəməsi şərləyərək, “sözləşmə və toplaşma”, “sistemin əleyhinə təbliğat aparmaq” və “ümumi asayişi pozmaq”da ittiham edib. Bu barədə məlumatı fəalın yaxınları açıqlayıb.

Qeyd etmək lazımdır ki, “fotoqrafiya” ixtisası üzrə təhsil alan Pərisa Rəfii Tehran Universitetinin Öyrəncilər Şurasının üzvü kimi mədəni və qanuni fəaliyətlərlə məşğul olub.

O fevral ayının 25-də təhsil aldığı Tehran Universitetinin qapısının önündə irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq, 23 gün saxlandıqdan sonra mart ayının 19-da 300 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Fəalın ilk vəkili Səid Xəlili bildirib ki, Pərisa Rəfiiyə qarşı ağır ittihamlar irəli sürülüb. Lakin bu ittihamları sübut edən heç bir etibarlı dəlil və sənəd yoxdur.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …

Bir cavab yazın