Cümə axşamı , Oktyabr 29 2026
azfa

Türkiyənin istehsal etdiyi raket qurğusu Ginnesin rekordlar kitabına düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Roketsan” müdafiə şirkəti tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin sifarişi ilə hazırlanmış “Jobaria” raket qurğusu dünyanın ən çox lüləsi olan artilleriya sistemi kimi Ginnesin rekordlar kitabına daxil edilib.

Yaylım atəşi sistemi 4 buraxılış qurğusundan ibarətdir. Hər bir qurğu 122 millimetrlik 60 reaktiv mərmiyə hesablanıb. Bu isə o deməkdir ki, sistem ümumilikdə 240 mərmidən atəş açmağa qadirdir.

Artilleriya qurğusu 39 kilometr məsafədə hədəfləri məhv edə bilir.

Hələlik bu qurğuların istehsal sayı və digər ölkələrə satılmaq imkanları barədə məlumat yoxdur.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …

Bir cavab yazın