Bazar ertəsi , Yanvar 24 2022
azfa

İrqçi fars rejim çox sayda azırbaycanlı körpəyə türk adlarına görə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanda əhalini assimilyasiyaya uğradıb nir millət kimi məhv etmək məqsədil onlara övladlarına öz dillərində ad qoymağı qadağan edib.

Artıq çox sayda azərbaycanlı körpəyə valideynlərinin onlara türk adları qoyduğuna görə rejim onlara doğum haqqında şəhadətnamə vermir.

Belə problemlə qarşılaşan onlarla azırbaycanlıdan biri də Sayınqala şəhərindən olan Babək Qabilnejaddır.

Babək Qabilnejad İnstaqram səhifəsində oğluna Yağış adı qoyduğunu, buna görə də övladı üçün doğum haqqında şəhadətnamə ala bilmədiyini yazıb.

Həmçinin övladına Atakan adı verən başqa bir valideyn də İnstaqramda öz şikayətlərini bildirib. Adil Çupani 13 aqust 2017-ci ildə anadan olan övladı üçün hələ də doğum haqqında şəhadətnamə ala bilmədini qeyd edib.

Eyni zamanda övladına Sevgi, Ayıl, Anar və s. türk adları qoyan azərbaycanlılar da övladlarına doğum haqqında şəhadətnamə ala bilməyiblər.

Həmçinin yoxlayın

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Koreya Respublikası hökuməti İranın BMT-yə olan borcunu ödəyib. …

Türkiyənin elmi qrupu Cənub Qütbünə səfərə yola düşdü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin “Ağ qitə”yə təşkil etdiyi VII Milli Antarktika …