Cümə , Yanvar 3 2025
azfa

İrqçi fars rejim dağıdıcı siyasətlə əhalini İraqa möhtac qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim dağıdıcı siyasətlə əhalini ağır iqtisadi vəziyyətlə İraqa üz tutmağa məcbur edib. “Milli valyutanın devalvasiyası, İraqda tikinti layihələrinin artması və daha çox gəlir imkanları” səbəbi ilə İrandan İraqa işçi qüvvəsi axını baş verib.

İranın Ali Əmək Şurasının üzvü Əliəsğər Ahəniha İrandan İraqa işçi qüvvəsinin axın etməsinin əsas səbəbinin milli valyutanın dəyərdən düşməsi nəticəsində gəlirlərin dəfələrlə çox olduğunu bildirib.

“Ana” agentliyinə açıqlamasında, Ahəniha iranlıların qonşu ölkələrə iş üçün mühacirət etmələrinin səbəbləri ilə bağlı deyib: “Milli valyutanın devalvasiyası və İraqda tikinti layihələrinin artması ilə əlaqədar olaraq insan resurslarının miqrasiya etməsi təbii bir prosesdir”.

“Ana” agentliyi işçilərə istinadən yazıb ki, Ərbildə hər bir işçinin gündəlik əmək haqqısı 25- 30 İraq dinarı arasında (25 dollar) və İrandakı əmək haqqlarından təqribən 3 dəfə artıqdır.

İranlı işçilərin əksəriyyəti bir aylıq turist vizası ilə İran sərhədini tərk edərək İraqın Kürdüstan əyalətinə daxil olurlar. İranlı işçilər 28 gün işlədikdən sonra istirahət üçün evə qayıdırlar, bir həftə istirahətdən sonra bu proses təkrar olur. Həmçinin Süleymaniyədə sadə bir işçinin maaşı gündəlik 300.000 tümən, bacarıqlı ustanın qazancı isə gündəlik 450.000 tümənə çatır. Lakin İraqda işləmək, sosial xidmətlərin olmaması, etiraz hüququnun olmaması və işçilər üçün nəzərdə tutulan kiçik otaqlarda çətin yaşayış bu işin acınacaqlı tərəflərindəndir.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …

Bir cavab yazın