Şənbə , Sentyabr 7 2024
azfa

İrqçi fars rejim Danimarka casusluq fəaliyyətini inkar etməyə cəhd edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı və irqçi fars rejimi Daniramkanın Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin rəhbərinin rejimin xüsusi xidmətlərinin Danimarkada casusluq fəaliyyəti barədə bəyanatlarını inkar etməyə cəhd edib.

Rejimin xarici işlər naziri Bəhram Qasemi iddia edib: “Belə bəyanatlar möhkəm və müasir ciddi, xüsusi şəraitdə daim inkişaf edən İran-Avropa münasibətlərinə qarşı olan planlara uyğundur”.

Xatırladaq ki, daha əvvəl Danimarka höküməti Tehrandakı səfirini geri çağırıb.

Qeyd edək ki, Danimarkanın Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin (“PET”) rəhbəri bildirimişdi ki, İranın xüsusi xidmətləri Danimarka ərazisində qətl hazırlayırmış.

Yerli “Local” nəşri bildirir ki, qətlin hazırlanmasında 21 oktyabr İsveçin Hötüborq şəhərində saxlanılan İran əsilli Norveç vətəndaşı ittiham olunur.

“PET” rəhbərinin sözlərinə görə, sui-qəsd Əhvazın azadlığı uğrunda mübarizə üzrə Ərəb hərəkatının Danimarka bölməsinin liderinə (İranın Huzistan əyalətində müstəqil ərəb dövlətinin yaradılmasını dəstəkləyən qruplaşma “ASMLA”) qarşı hazırlanırmış. İran hökuməti “ASMLA”nı terror təşkilatları siyahısına daxil edib.

 

Həmçinin yoxlayın

Səid Minai Tehran İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal Səid Minai İnstaqram səhifəsində hakim Sələvati …

Molla rejimi ermənidən çox Azərbaycanala düşmən olduğu Zəngəzur dəhlizi məsələsində sübut edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi ermənidən çox Azərbaycanala düşmən olduğu …

Bir cavab yazın