GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim etibarsız ölkə olduğunu bir daha sübut etdi. Qaçaqmalçılıqla neftin Suriyaya daşınmamasına söz verib neft tankerini sərbəst buraxdıran rejim sözünü tutmayıb.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi deyib ki, İran Cəbəllütariqdə azad edilən tankerinin Suriyaya yola düşməyəcəyi ilə bağlı heç bir zəmanət verməyib.
Qeyd edək ki, “Qreys 1” gəmisi iyulun 4-də Suriyaya neft daşımaq ittihamıyla saxlanılıb. Cəbəllütariq dünən gəmini ekipajı ilə birlikdə azad edib.