Cümə axşamı , Dekabr 11 2025
azfa

İrqçi fars rejim gizli nüvə təsisatlarının olmasını dandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim gizli nüvə təsisatlarının olmasını dandı. Bununla bağlı işğalçı fars rejimin Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi İsrail Baş naziri Benyamin Netanyahunun Tehranda gizli nüvə təsisatlarının olması ilə bağlı sözlərinin həqiqətə uyğun olmadığını iddia edib.

qasimi B.Netanyahunun bu yöndə olan açıqlamasını gülünc adlandırıb.

Qasımi deyib: “ABŞ və İsrailin yeni anti-iran ssenarisi baş tutmadıqdan sonra bu gülünc açıqlama və baş nazirin şousu gözlənilən idi. Baxmayaraq ki, bu açıqlama barədə danışmağa dəyməz, lakin biz bunu təkzib edirik”.

Qeyd edək ki, B.Netanyahu BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı Tehranda gizli nüvə təsisatlarının, obyektlərinin olması ilə bağlı fotolara malik olduğunu bəyan etmişdi.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Əta Kərimiyə verilmiş 2 il həbs cəzası Ali Məhkəmə tərəfindən təsdiqləndi

GADTB: Cənubi Azərbaycanda milli hərəkat fəalı olan və Qərbi Azərbaycanın Urmiya şəhərində yaşayan Əta Kərimiyə …

Qərbi Azərbaycan valisindən mədənlərin gəlirinin əhaliyə xeyirinin olmamasına etiraf

GADTB: Qərbi Azərbaycan qubernatoru Rza Rəhmani əyalət mədən şurasının iclasında mədənlərin gəlirinin əhaliyə xeyirinin olmamasına …

Bir cavab yazın